21 avqust 2011 19:29
Qurban Qurbanov: Hədəfimiz 3 xal qazanmaq idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 3-cü turunun “Kəpəz”lə səfər oyununu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, səfərdə qazanılan 2:1 hesablı qələbədən sonra bunları dilə gətirib:
“İtkilərdən çox danışmaq istəmirəm. Bunlar artıq məlumdu və futbolda olan şeylərdi. Bu gün hər iki komandanın qol vurmaq üçün xeyli şansları var idi. Sadəcə, biz öz şanslarımızdan daha yaxşı yararlandıq. Bizim əsas hədəfimiz bu oyundan 3 xalla ayrılmaq idi. Ona da nail olduq”.
