21 avqust 2011 19:33
Allahverdiyev: Oyunun layiqli nəticəsi heç-heçə idi
“Kəpəz”ın baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 3-cü turunun “Qarabağ”la oyununu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, doğma meydanda 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları dilə gətirib:
“Komandada bəzi itkilər vardı. İki erkən qol komandaya çox pis təsir etdi. Sonradan özümüzə gəldik, qol da vurduq. Fikrimcə, oyunun layiqli nəticəsi heç-heçə idi. Sadəcə, həlledici epizodlarda bəxtimiz gətirmədi”.
