21 avqust 2011 19:44
Qarabağ azarkeşlərin ümidlərini doğrultdu
Azerisport.az saytı daha bir sorğusuna yekun vurub. “Sizcə, növbəti turun “Kəpəz” – “Qarabağ” matçında hansı nəticə qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın əksəriyyəti bu matçın nəticəsini öncədən dəqiq proqnozlaşdırıb.
Belə ki, Gəncədəki görüşdə “Qarabağ”ın qələbə qazanacağını sorğuya qatılanların düz 54 faizi öncədən iddia edirdi. Respondentlərin 28 faizi “Kəpəz”in qələbə qazanacağını düşünürdüsə, qalan 18 faiz heç-heçə olacağı qənaətində idi.
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatdı.
