21 avqust 2011 20:37
Millimiz Latviyada qələbə qazandı
Latviyanın paytaxtı Riqa şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamız “Nikars” klubu ilə qarşılaşıb.
Görüş millimizin 6:2 hesablı qələbəsi ilə nəticələnib. Futzalçılarımızdan Namiq Məmmədkərimov və Rüfət Balakişiyev dubl edib. Hərəyə bir dəfə isə Rizvan Fərzəliyev və Vitali Borisov fərqlənib.
