21 avqust 2011 11:22

Mahir Şükürov: AZAL Qəbələyə futbol oynamaq üçün gəlməmişdi

“Qəbələ”nin kapitanı Mahir Şükürov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 3-cü turunun AZAL-la oyununda meydandan qovulmasından, eləcə də Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun onun haqda açıqlamalarından danışıb.
 
- Həmin epizodda Zohair Benuahi ilə aranızda nə baş verdi?
- Mən onu vurmadım. Matçı neçə kamera çəkirdi, videoyazılara baxın. O, ingilis dilində söyüş söydü. Mən sadəcə başımla onun bədəninə toxundum. Amma o, başını tutub yerə uzandı.
 
- Baş məşqçiylə söhbətiniz oldu?
- Mən Toni Adamsın və komandanın qarşısında üzr istədim. Baş məşqçi məni dəstəklədi. O, bilir ki, elə anlarda özünü saxlamaq çətindi. Kim istərdi ki, elə alınsın?

 
- Amma Benuahi iddia edir ki, sizi söyməyib...
- Mənə elə gəlir ki, AZAL ümumiyyətlə, Qəbələyə futbol oynamaq üçün gəlməmişdi. Onlar tamaşa göstərmək üçün gəlmişdilər. Onlardan çoxu sadəcə aktyordu. Əllə qol vuranda azarkeşlər də dözə bilmədilər və meydana daş atmağa başladılar. Amma həmin anda da futbolçular meydana uzanırdılar ki, guya daşlar onlara dəyib. Halbuki, heç o daşlar onlara çatmırdı. Belə olmaz.
 
- Siz eyni zamanda hakimə qarşı da kəskin hərəkətlə yadda qaldınız...
- Söhbətimiz emosional alındı. Mən kapitan kimi başa salmaq istədim ki, birbaşa meydandan qovmasın. Mənə qırmızı vərəqə göstərdi, amma bütün oyun boyu simulyasiya ilə məşğul olan oyunçulara heç sarı da göstərmədi. Düzdü, ayağım hakimə toxundu. Amma elə də sərt şəkildə yox.

- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hətta Makedoniya ilə sınaq matçını da yada salıb və bildirib ki, siz 30 dəqiqədən artıq futbol oynaya bilmirsiz...
- Makedoniya ilə oyunda hər şey fərqli idi. Futbolda belə şeylər olur. Orda rəqib futbolçu tez-tez kobudluq edirdi. Öncə Əfran İsmayılovu, Ufuk Budaqı, sonra da Cavid Hüseynovu vurdu. Həmin epiozodda həmişə sakitliyi ilə fərqlənən Rəşad Sadıqov da özündən çıxmışdı. Xaqani Məmmədov isə qoy öz hakimliyini eləsin, Hakimlər Komitəsindəki işlərinə baxsın.
 
- Amma istənilən halda “Qəbələ” yenə ev oyununda xal itirdi...
- Bizim qarşıda hələ çox oyunumuz var. Əsas odu ki, biz xarakter nümayiş etdirdik və yaxşı oyun sərgilədik. Növbəti turda “Qarabağ”ı mütləq məğlub etməliyik. Təəssüf ki, mən uşaqlara həmin oyunda kömək edə bilməyəcəm.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.