21 avqust 2011 23:27
Bernard Raab: Hələ bəxtimiz gətirdi
“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab Premyer Liqanın 3-cü turunun “Neftçi”ylə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 4 cavabsız qolla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Oyundan sonra uşaqların özlərinə də dedim ki, belə oynamaq olmaz. Nə planlaşdırmışdıqsa, hamısı puç oldu. Buna görə də “Neftçi”yə asan oldu. Hələ bəxtimiz gətirdi ki, çox buraxmadıq. Bizə hələ vaxt lazımdı”.
