21 avqust 2011 23:30
Böyükağa Hacıyev: Bütün taktiki düşüncələrimiz özünü doğrultdu
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 3-cü turunun “Sumqayıt Şəhər”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 4 cavabsız qolla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Sumqayıt Şəhər” gənc komandadı. Biz onları yaxşı analiz etmişdik. Bütün taktiki düşüncələrimiz özünü doğrultdu. Qarşıda bizi AZAL-la çətin oyun gözləyir. Oyunun gedişində bir qədər arxayınlaşmalar olurdu. Buna görə də daha çox qol vura bilmədik. Bahodir Nasimov hələ qol epizodlarına o qədər də ciddi yanaşmır”.