21 avqust 2011 00:21
Georgi Nikolov: Bu, sifarişli hakimlik idi
“İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 3-cü turunun “Bakı” ilə qalmaqallı oyunundan danışıb.
- Meydanı tərk etmək qərarını bütün futbolçularınız qəbul etdilər?
- Mən indi oyunçuların adından danışa bilmərəm. Qərar qəbul olundu, onlar da tabe oldular.
- Onların meydanı tərk etməsi haqda qərarı siz verdiniz?
- Bəli.
- Bəli.
- Bəs siz təsəvvür edirsiz ki, komandanı buna görə hansı sanksiyalar gözləyir?
- Bəli, təsəvvür edirəm. Amma indi şəxsi qərarımızı bildirmək istəyirik. Bu, emosiyalardan doğan bir qərar deyildi.
- Siz sadəcə Georgi Lomayanın meydandan qovulmasına etiraz olaraq bu addımı atdınız?
- Xeyr. Bütün oyun boyu baş verənlərə görə. Hakimlər briqadası birtərəfli qaydada hakimlik aparmaqla sifariş yerinə yetirirdi.
- Hansı sifarişi nəzərdə tutursuz?
- Bilmirəm. Amma bu, sifarişli hakimlik idi. Mən buna özüm cavabdehəm.
