22 avqust 2011 13:06
Rəşad Abdullayev: Foqts fikirlərimə hörmətlə yanaşdığını qeyd etdi
Uç il ərzində Berti Foqts tərəfindən Azərbaycan milli komandasına çağırılmayan "Neftçi"nin təcrübəli futbolçusu Rəşad Abdullayevin 22-24 avqust 2011-ci ildə milininin toplanışına dəvət aldığnı xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasında gələcək karyerasını müzakirə etmək üçün Rəşad Abdullayev bu gün baş məşqçi Berti Foqts ilə görüşüb.
Baş məşqçi ilə fikir mübadiləsi aparan futbolçu toplanışda iştrak etmək istəmədiyini bildirib. Abdullayev özü bu görüş ilə bağlı klubun rəsmi saytına açıqlamasında bunları bildirib:
"Berti Foqts ilə səmimi söhbətimiz oldu və mən ona öz fikirlərimi bildirdim. Milliyə dəvət göndərdiyinə görə ona öz təşəkkürümü çatdıraraq gələcək rəsmi və yoldaşlıq görüşlərində milliyə dəvət alaramsa yığmaya komək etmək arzusunda olduğumu bildirdim. Bildiyiniz kimi "Neftçi"də zədəli oyunçular çoxdu və mən özüm də "Dinamo" (Zaqreb) ilə oyundan öncə zədə almışdım. Həkimlərin nəzarəti altında mualicə olunurdum. Uzun müddətdən sonra "Sumqayıt Şəhər" ilə oyunda çıxış etdim. Millinin toplanışında iştrak etməmək üçün Foqts ilə görüşdüm və onun razılığını aldım. Berti Foqts bu görüşdən məmnun olduğunu bildirdi və mənim fikirlərimə hörmətlə yanaşdığını qeyd edərək bu toplanışda iştrak etməməyimə icazə verdi".
