22 avqust 2011 13:12
Subaşiç yığmamıza qayıtmaq perspektivindən danışdı
“Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç yenidən Azərbaycan yığmasına qayıtmaq perspektivinə toxunub. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Düşünmürəm ki, “Turan”a iki qol vurmağım məni dərhal yığmaya qaytaracaq. Amma tez-tez qol vurmağı bacarsam, dəvət alacağıma əminəm. Mən Azərbaycan yığmasında çıxış etməyə həmişə hazıram. Sadəcə, hazırda bütün fikrimi klubumun oyunlarına yönəltməyimə ehtiyac var. Öncə forma yığmalıyam ki, yığmaya da hazır gedə bilim”.