22 avqust 2011 13:25

Georgi Nikolov: Oxşar olay yenə baş versə, eyni qərarı qəbul edərdim

“İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində sabah keçiriləcək AFFA İntizam Komitəsinin iclasından gözləntilərini dilə gətirib. Hansı ki, Premyer Liqanın 3-cü turunun “Bakı” ilə ev oyununu görüş başa çatmadan tərk etmişdilər və buna görə onları ciddi cəzalar gözləyir.

“Mən bilirəm ki, əsasnməyə uyğun olaraq, biz texniki məğlubiyyət alacağıq. Biz buna hazırıq. Hələ komandamı meydandan çıxarmağa qərar verəndə də bunları göz önünə alıb, etdim. Hərdən adamı bu kimi qərarlar verməyə məcbur edən belə hallar olur” – deyə, Nikolov bildirir.
 
Klub prezidentinin sözlərinə görə, onlar AFFA İK-nın istənilən qərarına qarşı iddia qaldıracaqlar: “Mən sadəcə maliyyə məsələlərini demək istəmirəm. Haqqımızda çıxarılan qərarlarla bağlı istənilən instansiyalara müraciət etməli olacağıq. Hətta məhkəməyə qədər gedəcəyik”.
 
O, həmçinin baş məşqçi Kaxaber Tsxadadzenin postunda qalacağını da bildirib: “Biz bazar günü onunla görüş keçirdik. Baş məşqçi məndən tam dəstək aldı”.
 
Bolqarıstanlı iş adamı həmçinin çempionatı tərk etməyə hazırlaşmadıqlarını da sözlərinə əlavə edib: “Biz çempionatı tərk etməyə hazırlaşmırıq. Mümkündü ki, oyundan sonra kimlərsə məni yanlış başa düşüblər. Mən sadəcə onu dedim ki, belə çempionatda çıxış etməkdə məna görmədiyimi dilə gətirmişdim. Bunlar fərqli şeylərdi. Mənim elə bir qərar qəbul etmək hüququm yoxdu”.
 
“İnter”in prezidenti bir daha bildirir ki, həmin anda komandanı meydandan çıxardığına görə peşman deyil: “Heç kim mənə deyə, inandıra bilməz ki, orda düzgün qərar qəbul etmədim. Əgər oxşar olay yenə baş versə, eyni qərarı qəbul edərdim”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.