22 avqust 2011 13:50
Böyükağa Hacıyev: Rəşad nəyi, necə etmək lazım olduğunu gözəl bilir
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev komandasının yarımmüdafiəçisi Rəşad Abdullayevin futbol üzrə Azərbaycan yığmasının təlim-məşq toplanışında iştirakdan imtina etməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Fikrimcə, Berti Foqts Abdullayevi yığmaya dəvət etməzdən öncə mənimlə məsləhətləşməli idi. Necə də olmasa, mən Rəşadın nə dərəcədə yaxşı formada olmasını hamıdan əla bilirəm. Son oyunu o, yüksək səviyyədə keçirdi. Amma onun yığmadan imtina etməsinin səbəbini bilmirəm. Onun bu qərarını müzakirə də etmək istəmirəm. Hər halda Rəşadın artıq 30 yaşı var və nəyi, necə etmək lazım olduğunu gözəl bilir”.