22 avqust 2011 14:27
Ertoğrul Sağlamdan şok qərar
Türkiyənin “Bursaspor” klubunun baş məşqçisi Ertoğrul Sağlam şok qərar qəbul edib. Azerisport.az xəbər verir ki, baş məşqçi üç futbolçunu komandadan kənarlaşdırıb.
Avropa Liqasının pley-off mərhələsinin Belçika "Anderlecht"i ilə evdə keçirilən ilk oyununda 1:2 hesabıyla yenilən komandanın baş məşqçisi əsas heyət oyunçularından olan İbrahim Kaş, Volkan Şen və Sərcan Yıldırıma qapını göstərib.
Klubun prezidenti İbrahim Yazıcı ilə görüşən və komandanın vəziyyətini müzakirə edən edən Sağlam "Anderlecht"lə oyunda azarkeşlərlə mübahisə edən, intizamsız hərəkətləri ilə diqqəti çəkən Volkan Şenə, ondan gözlənilən oyunu sərgiləyə bilməyən İbrahim Kaş və uzun müddətdi oyunundan çox şəxsi həyatı ilə gündəmə gələn Sərcan Yıldırıma özlərinə yeni klub tapmalarını tapşırıb.
