22 avqust 2011 14:33
Fabio da Berti Foqtsu məyus etdi
Daha bir futbolçu Azərbaycan milli komandasının bu gün başlayan təlim-məşq toplanışından kənarda qalıb. Azerisport.az xəbər verir ki, “Bakı” klubunun üzvü Fabio Luis Ramin zədəli olduğu üçün millinin hazırlıq prosesində iştirak edə bilməyəcək.
Qeyd edək ki, bu, artıq Berti Foqtsun dəvət göndərdiyi futbolçulardan dördüncüsüdü ki, toplanışda iştirak etməyəcək. Ramindən öncə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də İngiltərə yığması ilə qarşılaşacağını nəzərə alan millinin baş məşqçisi Berti Foqtsun razılığına əsasən, Araz Abdullayev U-21-in təlim-məşq toplanışına yollanıb. AZAL-ın müdafiəçisi Usim Nduka zədə səbəbindən heyətdən kənarlaşdırılıbsa, “Neftçi”nin futbolçusu Rəşad Abdullayev isə özü yığmadan imtina edib.
