22 avqust 2011 14:42
Premyer Liqamızın təqvimində dəyişiklik edildi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turunun proqramında dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqası iki oyunun vaxtının dəyişdirilməsinə qərar verib.
Belə ki, "Bakı" - "Kəpəz" və "Qarabağ" - "Qəbələ" oyunları sözügedən klubların qarşılıqlı razılaşmasına əsasən 28 avqust 2011-ci il tarixindən 27 avqust 2011-ci il tarixinə keçirilib.
