22 avqust 2011 15:00
UEFA Türkiyədə təftiş aparmağa qərar verdi
UEFA futbol üzrə Türkiyə çempionatında oyun alqı-satqısı olduğu ilə bağlı iddiaları araşdırmaq üçün bir rəsmi nümayəndəsini İstanbula göndərir. Azerisport.az xəbər verir ki, bu gün qitə futbol qurumunun Nizam İntizam Komitəsinin baş müfəttişi Pyer Kornonun qardaş ölkəyə təşrif buyuracağı gözlənilir.
Avqustun 3-dən bəri Türkiyə Futbol Federasiyası ilə koordinasiyalı işləyən UEFA nəhayət, iddiaları yerində araşdırmaq qərarına gəlib. Kornonun istintaqa rəhbərlik edən prokuror Mehmet Berklə görüşəcəyi gözlənilir.
UEFA prezidenti Mişel Platininin tapşırığı ilə İstanbula göndərilən nümayəndənin hazırlayacağı hesabat Türkiyə klublarının Avropadakı yarışlarda iştirakına aydınlıq gətirəcək.
