22 avqust 2011 15:14
UEFA-dan həmyerlimizə Avroliqa oyununa təyinat
AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində “Spartak” (Moskva, Rusiya) – “Legia” (Polşa) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, bu görüş avqustun 25-də keçiriləcək. Bu komandalar arasında Polşada keçirilən ilk görüş 2:2 hesabıyla başa çatmışdı.
