22 avqust 2011 15:42
Stamenkoviç: Hər oyunda iki qol buraxmağa hazıram, təki...
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Premyer Liqanın 3-cü turunun “Sumqayıt Şəhər”lə oyunundan (4:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanızın startda qazandığı iki ardıcıl qələbə ilə bağlı nə deyə bilərsiz?
- Belə yaxşı start ona görədi ki, biz Azərbaycanın ən yaxşı komandasıyıq. Tamamilə layiqli qələbələr qazandıq. Kifayət qədər çoxlu qol epizodları yaratdıq. Hələ öz karyeramda belə oyun xatırlamıram. Dörd qol vurduq. Gördüyünüz kimi, öz üzərimizdə yaxşı işləyirik. Turdan-tura daha yaxşı oynayacağıq.

- Deməli, startdan razısız?
- Tamamilə. İki oyuna maksimum xal toplamışıq. Bundan necə narazı olmaq olar? İndi AZAL-a da qalib gəlmək lazımdı ki, start daha yaxşı olsun.
- Yəqin ki, bu oyun həm də sizin əsl gücünüzü və mövsümə nə dərəcədə yaxşı hazırlaşdığınızı göstərəcək? Axı “Rəvan” və “Sumqayıt Şəhər” o qədər də iddialı komanda deyildi...
- Mən belə deməzdim. Adətən belə oyunlar daha çətin olur. Çempionatı məhz belə oyunlarla udursan. Ancaq favoritlərlə oynamaqla yox.
- Hələ ki, 180 dəqiqə ərzində qapınızı toxunulmaz saxlaya bilmisiz...
- Bu, təkcə mənim əməyim deyil. Deməli, bütün komanda yaxşı çalışır.
- Bu seriyanı neçə tur saxlaya bilərsiz?
- Mən sadəcə bir şey deyə bilərəm: “Neftçi” hər oyunda qələbə qazanmalıdı. Qalan şeylər o qədər də vacib deyil. Qoy hər oyunumuz 3:2 bitsin, amma bizim xeyrimizə.
- Mən sadəcə bir şey deyə bilərəm: “Neftçi” hər oyunda qələbə qazanmalıdı. Qalan şeylər o qədər də vacib deyil. Qoy hər oyunumuz 3:2 bitsin, amma bizim xeyrimizə.
- Sizin əzəli rəqibiniz “Xəzər Lənkəran” “Sumqayıt Şəhər”ə 2:1 hesabıyla qalib gəlmişdi. Bu, nəyinsə göstəricisi ola bilər?
- Xeyr. Oyunlar heç də bir-birinə bənzəmir. Bizim öz oyun üslubumuz var, “Xəzər Lənkəran”ın başqa. Biz erkən qol vurduq və nəticədə üstünlüyümüzü daha da möhkəmləndirdik.
- Xeyr. Oyunlar heç də bir-birinə bənzəmir. Bizim öz oyun üslubumuz var, “Xəzər Lənkəran”ın başqa. Biz erkən qol vurduq və nəticədə üstünlüyümüzü daha da möhkəmləndirdik.
- Artıq sentyabrın 11-də “Xəzər Lənkəran”la ilk derbinizə çıxacaqsız...
- “Neftçi”nin bütün oyunları mənim üçün eynidi. Vaxt çatsın, baxarıq görək bu oyun necə alınacaq. Hazırda daha çox AZAL ilə oyunu düşünürəm. Rəqibimiz ciddidi və ona qarşı ciddi hazırlaşmaq lazımdı.