22 avqust 2011 16:40
İnteri rekord məbləğdə cərimə gözləyir
“İnter” futbol klubu futbol üzrə Azərbaycan çempionatları tarixində rekord məbləğdə cərimələnə bilər. Azerisport.az xəbər verir ki, buna səbəb paytaxt klubunun Premyer Liqanın 3-cü turunun “Bakı” ilə matçında meydanı vaxtından öncə tərk etmələridi.
Belə ki, sabah keçiriləcək AFFA İntizam Komitəsinin iclasında “bankirlər”ə 50 000 manata yaxın pul cəzasının kəsilməsi gözlənilir. Bundan əlavə klubun bəzi rəsmilərinin uzun müddətli diskvalifikasiyaya məruz qalması da istisna deyil.
“İnter”ə isə oyunu başa çatdırmadan meydanı tərk etdiyi üçün texniki məğlubiyyət veriləcək.
