22 avqust 2011 17:06

Vüqar Nadirov: Meydana qayıtmağı səbirsizliklə gözləyirəm

Son zamanlar “Qarabağ” zədə sindromundan əziyyət çəkir. Azerisport.az xəbər verir ki, çempionatın startından etibarən 6-7 futbolçu qeyd olunan problem səbəbindən komandaya tam gücüylə kömək edə bilmir.
 
Zədə seriyasına “Brugge” ilk oyunda zədələnən Vüqar Nadirov başlamışdı. İyulun 28-də sıradan çıxan 23 yaşlı forvard uzun müddətdi Türkiyədə müalicə olunurdu. Artıq milli oyuncu Bakıya dönüb. Vüqar klubun rəsmi saytına son durumunu dəyərləndirib:
 
“Şükür Allaha, müalicə pis keçmədi. Orda həkim nəzarətində hər gün 2 məşq keçirdim. Yadıma gəlmir axırıncı dəfə nə vaxt bu qədər futboldan uzaq qalmışdım. Topdan ötrü çox darıxmışam. Tezliklə meydana qayıtmağı səbirsizliklə gözləyirəm. Hələ 4-5 gün fərdi olaraq çalışacam. Sonra isə kollektiv məşqlərə başlayacam. İnsallah, “Rəvan”la oyuna tam hazır olacam. Həqiqətən, zədə epidemiyası yaman ağır oldu. Sanki, komandaya göz dəyib. Hər gün kimsə zədələnir. Amma “Qarabağ” elə komandadır ki, meydanda kim olmasına baxmayaraq qələbə üçün oynayır. “İnter”lə oyunu izləyə bildim. “Kəpəz”lə matça isə sadəcə internetdən baxdım. Sevinirəm ki, bu qədər itkiyə baxmayaraq komandamız ilk 2 turu qələbəylə başa vurub. Zədəlilər döndükdən sonra komandamız daha da güclənəcək”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.