22 avqust 2011 17:22
Zeynal Məmmədov: AFFA-dan ədalətli qərar gözləyirik
“Bakı”nın baş meneceri Zeynal Məmmədov sabah keçiriləcək AFFA İntizam Komitəsinin növbəti iclasında Premyer Liqanın 3-cü turunun “İnter” – “Bakı” matçı ilə bağlı ədalətli qərar çıxarılacağına ümid etdiyini dilə gətirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən düşünmürəm ki, meydanı tərk etmək düzgün qərar idi. Ötən mövsüm bizim də oyunlarda hakimlər bir neçə dəfə ədalətsiz qərarlar verirdilər. Biz də o vaxt meydanı tərk etməliydik? AFFA İntizam Komitəsindən bu məsələ ilə bağlı ədalətli qərar gözləyirəm”.