22 avqust 2011 18:12
Galatasarayın Podolski istəyi baş tutmadı
Almaniyanın “Cologne” klubu Lukas Podolskini “Galatasaray”a satmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, Bundesliqa klubu bununla bağlı rəsmi saytı ilə açıqlama yayıb.
"Lukas Podolskinin durumunda bir dəyişiklik yuxdu" başlığı ilə yayımlanan xəbərdə “Galatasaray"dan bu gün səhər saatlarında gələn danışıqlar təklifinə yox cavabı verildiyi qeyd edilir. Podolskinin klubun ən önəmli futbolçusu olduğuna diqqət çəkilən xəbərdə onun qüvvədə olan müqaviləsinin davam etdiyini və bunu başa çatdırmaq istədikləri bildirilir.
“Galatasaray"ın vitse-prezidenti Adnan Öztürk isə futbolçunun özünün Türkiyəyə gəlməkdə maraqlı olduğunu bildirib: "Bu sabah saat 9.00-da Köln klubuna Podolskini transfer etmək istədiyimizlə bağlı yazılı müraciət göndərdik. "Galatasaray" Avropanın böyük bir klubudu və transfer çalışmalarını da adına uyğun aparır. Podolski "Galatasaray"a gəlmək istəyir. Bu transferin baş tutmasında əsas amil futbolçunun iradəsidi. Hələ ki, işin başındayıq. Rəsmi təklifimiz vermişik. Bütün diqqətimi məhz bu transferə yönəltmişəm. Hər şey yaxşı gedir".
