22 avqust 2011 19:10

Millimiz İtaliyanı məğlub etdi, sırada İspaniyadı

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Almaniyanın Münhenqladbax şəhərində Avropa çempionatında mübarizəyə başlayıb. Azerisport.az xəbər verir ki, qitənin ən güclü 8 yığması arasında keçirilən bu yarış həm də 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək.
 
"A"  qrupuna daxil olan hokkeyçilərimiz Avropa çempionatında ilk oyununu Hollandiya hokkeyçilərinə qarşı keçiriblər. Təəssüf ki, hollandlar yığmamızı həmin oyunda meydana çıxmasına peşman ediblər. Birinci hissədə 0:5 hesabı ilə məğlub durumda olan hokkeyçilərimiz fasilədən sonra öz qapılarından daha 3 cavabsız qol buraxaraq yekunda 0:8 hesabı ilə uduzublar. İlk turda qrupumuzda çıxış edən İspaniya isə İtaliya yığması üzərində 4:0 hesabı ilə qələbə qazanıb.
 
Bir gün sonra baş məşqçi, koreyalı Kim Giyesoonun rəhbərlik etdyi milli komandamız İtaliya təmsilçiləri ilə qarşılaşıb. Bu dəfə oyunçularımız rəqiblərindən kifayət qədər fəal olublar. İlk yarıda 3:1 hesabı ilə irəlidə olan qadın hokkeyçilərimiz fasilədən sonra 7 dəqiqə ərzində daha 2 qol vuraraq 5:1 hesabı ilə irəli çıxıblar. Bundan sonra qızlarımız bir qədər arxayınlığa yol veriblər və italiyalılar hesab arasındakı fərqi 2 topa çatdırıblar. Ancaq onların bundan artığına gücü çatmayıb. Beləliklə, milli komandamız 2-ci turda İtaliya yığmasını 5:3 hesabı ilə məğlub etməyi bacarıb. "A" qrupunun digər iştirakçıları - İspaniya və məğlubedilməz Hollandiya hokkeyçilərinin görüşünün 6-cı dəqiqəsində ispanlar hesabı açandan sonra bütün komanda ilə müdafiə olunmağı bacarıblar. Niderland təmsilçilərinin ciddi cəhdinə baxmayaraq 1:0 hesabı matçın sonunadək dəyişməz qalıb.
 
Hazırda "A" qrupunda İspaniya yığması 6 xalla liderdi. Aktivində 3 xalı olan Hollandiya və Azərbaycan hokkeyçiləri müvafiq olaraq 2-ci və 3-cü yerləri tuturlar. Keçirdiyi hər 2 oyunda məğlub olan İtaliya millisi sonuncu yerdədi.
 
"B" qrupunda İngiltərə yığması Belçika (4:0) və Almaniya(2:0) hokkeyçiləri üzərindəki qələbələr hesabına 6 xalla liderdi. İlk turda Belçika təmsilçilərini 3:0 hesabı ilə məğlub edən yarış sahibləri - almanlar 2-ci yerdədirlər. 2-ci turda İrlandiya millisinə 3:0 hesabı ilə qalib gələn belçikalılar 3 xalla 3-cü sıradadırlar. Bu qrupun sonuncusu - irlandlar da hələlik xal toplaya bilməyiblər. Bu gün yarış iştirakçıları istirahət edirlər. Sabah isə Avropa çempionatında 3-cü turun oyunları baş tutacaq.
 
İlkin mərhələdə son oyunumuz  3 il əvvəl Bakıda keçirilən Pekin Yay Olimpiya Oyunlarının Təsnifat yarışının finalında uduzduğumuz  İspaniya millisi olacaq. Qrupda heç olmasa 2-ci yeri tutmaqla mükafatlar uğrunda mübarizə aparmaq üçün Azərbaycan hokkeyçilərinə ən azı ispanları 6 top fərqi ilə məğlub etməlidirlər. Bu vəzifə praktiki cəhətdən çətin olsa da nəzəri baxımdan mümkündü.
 
Avqustun 23-də qrup oyunlarından sonra komandalar 1 günlük istirahət edəcəklər. Avqustun 25-də  qruplarda müvafiq yerləri tutanlar bir-biri ilə çarpaz üsulla qarşılaşacaq. Yəni - 4A - 3B, 3A - 4B, 2A-1B,  1A - 2B.  Avqustun 26 -sına təyin olunmuş  fasilədən bir gün keçəndə Avropa çempionatının yüksək divizyonunda qalmaq üçün  "dördlər"-in turnirində son oyunlar ilkin mərhələdə tutduqları yerlərə uyğun olaraq 4A- 4B  və 3A-3B komandaları arasında keçiriləcək. Həmin matçların yekununda ən pis göstəriciyə malik  milli komanda elitanı tərk edəcək. Onun  əvəzinə isə növbəti - 2013-cü il mövsümündə bu günlərdə Ukraynanın Vinnitsa şəhərində keçirilən "Trofi" yarışlarında 1-ci yeri  tutan Çexiya Respublikasının yığması mübarizəyə qoşulacaq.
 
Yarışların sonuncu günü - avqustun 27-də baş tutacaq final oyunlarında Avropa çempionatının mükafatçıları  da müəyyənləşəcək.  Bir daha xatırladırıq ki, cari çempionatın yekununda ilk iki yeri tutanlar London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. Əgər İngiltərə millisi ilk iki yerdən birinə layiq görülərsə, o zaman Avropa çempionatının bürünc mükafatçısı da Londona gedə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.