22 avqust 2011 19:28
AFFA rəhbərliyi Emin Mahmudovla danışıqlara başladı
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın Moskva şəhərinə 1 günlük səfərə gedib. Azerisport.az xəbər verir ki, baş katib səfər çərçivəsində “Spartak” (Moskva) klubunun yarımmüdafiəçisi Emin Mahmudovla görüşüb.
Qeyd edək ki, bu oyunçu əslən azərbaycanlıdı və Lənkəranda anadan olduğu bildirilir. Lakin ailəsi ilə birgə Rusiyada yaşadığından bu ölkənin vətəndaşlığını daşıyır. AFFA və yığma rəhbərliyi onu Azərbaycan millisinə cəlb etməkdə maraqlı olsa da, oyunçu Rusiyanın gənclər yığmasına çağırılır.
Hələlik, Mahmudovla baş katibin görüşünün nəticələri haqda ətraflı məlumat verilmir.
