22 avqust 2011 11:31
Yığmamız Macarıstanda daha bir qələbə qazandı
Macarıstanda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, avqustun 21-də Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız, Sevinc Qurbanovanın vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, avqustun 19-da MTK (Budapeşt) klubu ilə yoldaşlıq oyunu keçirən yığmamız 7:3 hesabı ilə qələbə qazanmışdı.
