22 avqust 2011 11:40
Cavadova bu dəfə aşağı qiymət verildi
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun Rusiya Premyer Liqasındakı növbəti oyununa qiymət verilb. Azerisport.az xəbər verir ki, Rusiya mətbuatı “Volqa”da çıxış edən həmyerlimizin Krasnodar “Kuban”ına qarşı oyununu elə də yaxşı qiymətləndirməyib.
Belə ki, şimal qonşularımız komandası kimi, Vaqifin də zəif çıxış etdiyini düşünürlər. Belə ki, “Sport-ekspress” nəşri ona 4,5, “Çempionat.ru” və “Sovetski-Sport” 4 xal verib. “Sports.ru” portalı isə ümumiyyətlə Nijni-Novqorodun bütün futbolçularını qiymətsiz qoyub.
Qeyd edək ki, “Volqa” “Kuban”la səfər matçında 0:5 hesabıyla darmadağın oldu. Vaqif isə 27-ci dəqiqədən etibarən meydanda olub.
