22 avqust 2011 12:14
Berti Foqts daha bir oyunçunun xidmətindən məhrum oldu
Azərbaycan milli komandasının bu gün Bakı şəhərində başlayan təlim-məşq toplanışında daha bir futbolçulunun iştirak edə bilməyəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb.
Məlumatda bildirilir ki, AZAL klubunun üzvü Usim Nduka zədəli olduğu üçün hazırlıq prosesindən kənarda qalıb.
Xatırladaq ki, Ndukadan öncə artıq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də İngiltərə yığması ilə qarşılaşacağını nəzərə alan millinin baş məşqçisi Berti Foqtsun razılığına əsasən, Araz Abdullayev U-21-in təlim-məşq toplanışına yollanıb. “Neftçi”nin futbolçusu Rəşad Abdullayev isə özü yığmadan imtina edib.
