22 avqust 2011 00:05

Yalnız XL, Neftçi və Qarabağ

Premyer Liqanın 3-cü turuna nəhayət ki, yekun vuruldu. Azerisport.az xəbər verir ki, 3 günə keçirilən 3-cü turun son oyun günündə də 2 qarşılaşma baş tutdu.

Günün ilk oyunu Gəncədə keçirilirdi. Burda “Qarabağ” yerli “Kəpəz”in qonağı idi. “Qarabağ”ın ən azı 4 əsas heyət oyunçusu zədə səbəbindən bu görüşü buraxdığı üçün, meydan sahiblərinin bu komandanı büdrətmək imkanı var idi. Bu üzdən də Gəncədəki oyuna maraq gözlənildiyindən də artıq idi.
 
Lakin meydan sahiblərinin də heyətində itkilər vardı. Mehman Allahverdiyev də Azər Məmmədov, Sidney Karqbo və qapıçı Elşən Poladovun xidmətindən məhrum idi. Elə deyəsən bu itkiləri lazımınca sığortalaya bilməyən də “Kəpəz” oldu. Görüşün artıq 8-ci dəqiqəsində Georgi Adamiya meydan sahiblərinin müdafiəsində zəif nöqtəni aşkarladı. Bundan cəmi 5 dəqiqə sonra Rauf Əliyev demək olar ki, Gəncədəki oyunda sürpriz olmayacağına aydınlıq gətirmiş oldu. Fasiləyə qədər gəncəlilərin oyunda tarazlıq yaratsa da, bunu hesabda əks etdirə bilməməsi də təsdiqlədi.
 
Düzdü, Allahverdiyevin yetirmələri ikinci hissəyə qolla başladılar. Amma artıq əks-hücum taktikasına üstünlük verən qonaqların qapısına növbəti dəfə yol tapmaq meydan sahibləri üçün o qədər də asan deyildi. Əksinə, Ağdam klubu növbəti qolunu vurmaq üçün bir neçə əla imkana malik olsa da, bunlardan yararlana bilmədi. Nəticədə, Qurban Qurbanovun komandası da cari mövsümdəki yüz faizli nəticəsini davam etdirdi.
 
Yeni mövsümdə “Qarabağ” kimi ikinci oyununa çıxan digər komanda – “Neftçi” isə evdə debütant “Sumqayıt Şəhər”lə qarşılaşırdı.Bu görüşdə meydan sahiblərinin qələbə qazanacağına güman ki, rəqib futbolçular və baş məşqçi Bernard Raab da şübhə etmirdi. Gözlənildiyi kimi, “ağ-qaralar” bu matçda meydandakı üstünlüyünü hesabda da lazımınca əks etdirdilər. Bu mənada xeyli qol epizodunu boşa verən Bahodir Nasimovun dubla imza atması xüsusilə diqqət çəkən alındı. Bundan əlavə meydan sahiblərinin heyətində xeyli gənc futbolçu meydana çıxmışdı. Xüsusilə, son dəqiqələrdə gənc Ağabala Ramazanovun meydana buraxılması maraqlı gediş idi. Hansı ki, o, bir gün öncə “Neftçi”nin əvəzediciləri ilə də Sumqayıt klubuna qarşı forma geymiş, hətta qol da vurmuşdu.
 
Beləcə, 3 oyundan 3-də də qələbə qazanmaqla yüz faizli nəticəyə imza atan “Xəzər Lənkəran”ın ardınca “Qarabağ” və “Neftçi” də itkisiz irəliləmiş oldu. Təsadüfi deyil ki, ilk üçlükdə də məhz bu kollektivlər yer almaqdadılar. Amma Ağdam və Bakı klublarının ilk turdan təxirə salınan oyununda onlardan ən azı birinin büdrəyəcəyi dəqiqdi. Təbii ki, həmin oyun keçirilənə kimi də bu üç komandadan hansısa xal və ya xallar itirə bilər.
 
Premyer Liqa
3-cü tur
21 avqust
 
Kəpəz - Qarabağ - 1:2 (0:2)
Qollar: George Adamiya, 8 (0:1), Rauf Əliyev, 13 (0:2), Dmitri Parxaçov, 49 (1:2).
Vərəqələr: Şahin Kərimov, 59 (rəqibi əllə tutduğuna görə), Renat Sultanov, 63 (kobud oyun), Anton Qay, 76 (rəqibi əllə tutduğuna görə) - Qara Qarayev, 40 (kobud oyun) – sarı.
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Mübariz Haşımov, Elnur Muradov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
21 avqust 2011. Gəncə şəhər stadionu. 10000 tamaşaçı.
Kəpəz: 22. Konstantin Kolesnikov, 8. Armand Feutçine, 10. Ceyhun Sultanov (k), 11. Sabir Allahquliyev (25. Anton Qay, 73), 15. Şahin Kərimov, 17. Renat Sultanov, 18. Nikolay Svejintsev, 19. Zaur Əsədov (6. Vasif Əliyev, 82), 23. Junivan Suares, 30. Yuri Fomenko, 14. Dmitri Parxaçov.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 2. Nicat Məmmədov, 3. Vasif Haqverdiyev, 7. Asəf Qədiri, 33. Təbriz Hüseynli.
Baş məşqçi: Mehman Allahverdiyev.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 7. Namiq Yusifov (k), 9. Bəxtiyar Soltanov (23. Tural İsgəndərov, 89), 10. Emin İmaməliyev (22. Əfran İsmayılov, 51), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 25. Ansi Aqolli 77. Georgi Adamiya (20. Nderim Nedzipi, 90+2).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 15. Elgiz Kərəmli, 16. Kamil Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
 
Neftçi - Sumqayıt Şəhər - 4:0 (2:0)
Qollar: Flavinyo, 20 (1:0), R.Abdullayev, 25 (2:0), B.Nasimov, 41 (3:0), B.Nasimov, 59 (4:0).
Vərəqələr: Cavid İmamverdiyev, 84 (rəqibi tutduğuna görə) - Hacı Əhmədov, 71 (rəqibi tutduğuna görə) – sarı.
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Elman Musayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
21 avqust 2011. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 400 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 4. Tərlan Quliyev, 6. Slavço Georgiyevski, 9. Flavinyo (11. Cavid Hüseynov, 46), 14. Bahodir Nəsimov (21. Ağabala Ramazanov, 87), 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov (25. Cavid İmamverdiyev, 72), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 5. İqor Mitreski, 8. Elmar Baxşıyev, 20. Elvin Musazadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 22. Ruslan Tağızadə, 16. Hacı Əhmədov, 4. Samir Abasov (k), 11. Kamil Nurəhmədov, 10. Eşqin Quliyev (9. Orxan Həsənov, 65), 8. Emin Mustafayev (50. Samir Abdulov, 46), 15. Aleksandr Qross, 7. Mahmud Qurbanov, 17. Aqil Məmmədov (2. Slavik Alxasov, 46), 90. Eldar Məmmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 5. Ramil Nuriyev, 20. Timur İsrafilov, 25. Rəşad Kərimov.
Baş məşqçi: Bernhard Raab.
 
Qeyd edək ki, 3-cü turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: Qəbələ - AZAL - 1:1, Simurq - Rəvan - 1:1, Xəzər Lənkəran - Turan - 3:1, İnter - Bakı - matç başa çatdırılmayıb.
 
 
1
XL
3
3
0
0
8-2
9
2
Neftçi
2
2
0
0
5-0
6
3
Qarabağ
2
2
0
0
3-1
6
4
Qəbələ
3
1
2
0
3-2
5
5
AZAL
3
1
1
1
4-4
4
6
İnter
2
1
0
1
1-1
3
7
Turan
3
1
0
2
4-5
3
8
Kəpəz
3
1
0
2
5-7
3
9
Simurq
3
0
2
1
1-4
2
10
Bakı
2
0
2
0
0-0
2
11
Rəvan
3
0
1
2
3-5
1
12
SŞ
3
0
0
3
2-8
0
 
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi)
2 - Sergey Artyux (Turan), Zohair Benuahi (AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran), Rauf Əliyev (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.