22 avqust 2011 12:21
Millimiz Latviya ilə yoldaşlıq oyunu keçirəcək
Latviyada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası avqustun 23-də növbəti yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimiz Latviya futzal klublarının yığma komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, bu toplanış çərçivəsində avqustun 21-də futzalçılarımız Riqanın “Nikars” klubu ilə yoldaşlıq oyunu keçirərək 6:2 hesabı ilə qalib gəlmişdi.
