22 avqust 2011 12:33
Georgi Nikolov: Mən çempionatı tərk edəcəyimizi deməmişəm
“İnter”in prezidenti Georgi Nikolov Azərbaycan Premyer Liqasını tərk edəcəklərinə dair şayiələrə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bu məsələ ilə bağlı aşağıdakıları dilə gətirib:
“Mən heç vaxt deməmişəm ki, biz Azərbaycan çempionatını tərk edirik. “Bakı” ilə oyundan sonra bəzi televiziyalardan yaxınlaşanlar oldu. Onlara açıqlamamda dedim ki, belə bir çempionatda iştirak etməkdə bir məna görmürəm. Mən elə bir qərar qəbul edə bilmərəm. Futbol Azərbaycanda dövlətin əsas prioritetlərindən biri hesab olunur. Mən isə bir əcnəbi olaraq klubu buraxa bilmərəm”.