22 avqust 2011 00:37
Premeyr Liqa: 3-cü tur rəqəmlərdə
Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunda komandalar 5 oyuna 15 qol vurublar. Azerisport.az xəbər verir ki, bu, orta hesabla 3,0 qol deməkdi.
Bu turda bir oyun başa çatmamış yarımçıq dayandırılıb.
Qonaqlar 5 qol vurduqları halda, meydan sahibləri 10 dəfə fərqləniblər.
Bütövlükdə 21 vərəqə göstərilib ki, bunlardan 20-si sarı, 1-i isə qırmızı olub.
Oyunlara 21 400 tamaşaçı təşrif buyurub. Bu isə hər oyuna orta hesabla 4 280 nəfər azarkeş deməkdi.
