22 avqust 2011 12:51
AZAL və Neftçinin futbolçuları Rusiyaya qarşı
Makedoniya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Con Toşak yığmanın düşərgəsinə Azərbaycanda çıxış edən iki futbolçunu da dəvət edib.
Bunlar “Neftçi”nin müdafiəçisi İqor Mitreski ilə AZAL-ın yarımmüdafiəçisi Robert Petrovdu. Toşak hər iki futbolçunun adını qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Rusiya və Andorra ilə oyunları üçün dəvət olunanların siyahısına salıb. Rusiya ilə qarşılaşmanın sentyabrın 2-də, Andorra ilə görüşün isə sentyabrın 6-da baş tutacağını da vurğulayaq.
“Neftçi”nin digər makedoniyalı milli futbolçusu – yarımmüdafiəçi Slavço Georgiyevski isə bu dəfə əsas komandaya dəvət almayıb. Xatırladaq ki, elə bu yaxınlarda Mitreski və Georgiyevski milli karyeralarını başa vurduqlarını açıqlamışdılar.
