23 avqust 2011 14:16
Azərbaycan - Belçika matçı ingilislərə tapşırıldı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Belçika oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı İngiltərədən olan hakimlər briqadasına tapşırıb.
Belə ki, görüşün baş hakimi Li Probert olacaq. Ona həmyerliləri kömək edəcəksə, hakim-inspektor Avstriyadan, UEFA nümayəndəsi isə Bolqarıstandan olacaq.
Qeyd edək ki, Azərbaycan – Belçika oyunun sentyabrın 2-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Baş hakim: Li Probert
Baş hakimin köməkçiləri: Simon Bek, David Riçardson
Dördüncü hakim: Maykl Lesli Din
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Jan Fasunq (Avstriya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)
