23 avqust 2011 14:46
Azarkeşləri Xəzər Lənkəranı ziyana saldılar
AFFA İntizam Komitəsi "Xəzər Lənkəran"ı cərimə edib. Azerisport.az xəbər verir ki, buna səbəb "Turan"la oyunda meydana kənar əşya atılması olub.
Belə ki, Lənkəranda keçirilən qarşılaşmanın 55-ci dəqiqəsində meydançaya "Xəzər Lənkəran" azarkeşləri tərəfindən kənar əşya atılıb və klub buna görə 2000 manat cərimələnib.
"Simurq" isə "Rəvan"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 1000 cərimə edilib.
