23 avqust 2011 15:26
Qarabağın daha bir oyunçusu 1 aylıq sıradan çıxdı
"Qarabağ"ın daha bir futbolçusu sıradan çıxıb. Azerisport.az xəbər verir ki, "Kəpəz"lə oyunda zədələnərək yerini Əfran İsmayılova vermək məcburiyyətində qalan Emin İmaməliyevin durumuna aydınlıq gəlib.
Gəncədən Bakıya döndükdən sonra 31 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçirilib və durumunun ağır olduğu müəyyənləşib. İmaməliyevin sol ayağında 2-ci dərəcəli əzələ yırtılması müəyyənləşib.
Bu isə o deməkdi ki, Emin azı 20 gün topa toxuna bilməyəcək. Onun təxminən 1 ay sonra yaşıl meydanlara dönə biləcəyi ehtimal olunur.
