23 avqust 2011 15:57
Rəşad Sadıqov qalmaqallı derbidən danışdı
“Qarabağ”ın lideri, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Premyer Liqanın 3-cü turunun “İnter” – “Bakı” matçında baş verənlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müshaibəsində o, bunları dilə gətirib:
“Çox pis oldu ki, “İnter”in oyunçuları meydanı tərk etdilər. Amma futbolçular başa düşməliydilər ki, bu, sadəcə emosiyalardan irəli gələn bir addım idi. Mən əminəm ki, “İnter”in futbolçuları həmin epizodun təkrarına baxsaydılar, onlar meydanı tərk etməzdilər. Hər iki penalti ədalətli şəkildə qəbul olunmuşdu. Baxmayaraq ki, matçın gedişində hakimin meydan sahiblərinin lehinə olmayan bir sıra qərarları var idi. Hesab edirəm ki, Azərbaycan futbolu naminə belə situasiyalarda səbrli olub, problemi sakitliklə yoluna qoymaq lazımdı”.