23 avqust 2011 16:33
Qəbələ Mahirin 4 oyunluq cəzasına etiraz edir
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov AFFA İntizam Komitəsinin bu gün onların klubu haqda çıxardığı qərarlara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən hesab etmirəm ki, Mahirin həmin zərbəsi belə cəzaya layiq idi. İki oyunluq cəzalandıra bilərdilər. Daha 4 oyunluq yox. İK rəsmiləri ən azı Mahirin milli komandamızın üzvü olmasını nəzərə ala bilərdilər”.

Qeyd edək ki, Premyer Liqanın 3-cü turunun AZAL-la ev oyununda (1:1) Şükürov rəqib futbolçu Zohair Benuahini başla vurduğu üçün meydandan qovulmuşdu.