23 avqust 2011 16:42
Georgi Nikolovdan İK üzvlərinə minnətdarlıq
“İnter”in prezidenti Georgi Nikolov AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında “İnter” – “Bakı” matçındakı qalmaqala görə çıxarılan cəzalara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mən AFFA İcraiyyə Komitəsinin üzvlərinə söz vermişəm ki, heç bir etiraz göndərməyəcəyik. Hazırda öz hüquqşünaslarımızla çıxarılan qərarları müzakirə edirik. Çıxarılan qərarlara tabe olmağımız heç də onlarla razılaşmağımız anlamına gəlmir. Şübhəsiz ki, bəzi qərarlarla bağlı iddia qaldırmalı olacağıq. Bəzi qərarlar isə çempionatın əsasnaməsinə uyğun olduğundan, onlarla bağlı iddia qaldırmaq fikrim yoxdu. AFFA İK-nə minnətdarlığımı bildirirəm ki, məni də bu iclasa dəvət etmişdilər. Mənə də öz fikirlərimi, arqumentlərimi ortaya qoymağa şərait yaratdılar”.