23 avqust 2011 17:01
Zeynal Məmmədov: Başqa qərar heç gözləmirdik də
“Bakı”nın baş meneceri Zeynal Məmmədov AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında “İnter” – “Bakı” matçındakı qalmaqala görə çıxarılan cəzalara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mən çıxarılan qərarlardan tam razıyam. Hesab edirəm ki, İK üzvləri hər şeyi düzgün etdilər. Başqa qərar heç gözləmirdik də. Pul cəriməsinə gəlincə, yəqin ki, onları məlum qanunlara görə kəsiblər. Bunun bizə onsuz da ciddi bir aidiyyatı yoxdu. Əsas odu ki, 3 xalımıza sahib çıxdıq”.
