23 avqust 2011 18:37
Azərbaycan Belarus üzərində qələbəylə başladı (YENİLƏNİB)
Bu gün Litvanın Palanqa şəhərində təşkil olunmuş futbol üzrə ənənəvi beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, turnirdə çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib.
Yığmamız Belarusun U-17 komandası ilə qarşılaşıb. Görüşə daha fəal başlayan millimiz artıq 13-cü dəqiqədə vurulan qolla hesabı açıb. İlk qolumuzun müəllifi Coşqun Diniyev olub. 61-ci dəqiqədə Belarus penalti sayəsində hesaba tarazlıq gətirib. Lakin 74-cü dəqiqədə yığmamızın üzvləri də məhz penaltidən vurulan qolla yenidən önə keçiblər. 80+1-ci dəqiqədə yığmamız daha bir qol vurmaqla görüşün yekun nəticəsini müəyyənləşdiriblər. Son iki qolumuzun müəllifi isə Namiq Ələsgərov olub.
Azərbaycan – Belarus - 3:1 (1:0)
