23 avqust 2011 18:22
Braziliyalı hücumçu rəsmən AZAL-da (FOTO)
Transfer çalışmalarını daam etdirən AZAL daha bir əcnəbi futbolçunu sıralarına qatıb. Azerisport.az xəbər verir ki, bu, təxminən bir həftə ərzində klubun düşərgəsində olan və 1 yoxlama oyununda baxışadan keçirilən Tales Şutzdu.
Braziliyalı futbolçu baxışdan uğurla keçdiyindən məşqçilər onun haqqında müsbət rəy veriblər. Bu gün klubun ofisinə çağrılan Taleslə 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Tales Şutz karyerası ərzində "Botafoqo", "Atletiko Paranaense", "Kianorte", "Atletiko Yuventus", "Qremio İnhumense", "Leyksoes", İsrailin "Aşdod", "Makkabi" (Netanya), Yunanıstanın "Akratitos", Polşanın "Yaqelloniya" və Honq Konqun "South China" klublarında çıxış edib. 2006-2007 və 2008-2011-ci illərdə o, "South China"nın heyətində 47 oyun keçirərək 27 qol vurub, 4 dəfə (2006-07, 2007-08, 2008-09, 2009-10) Honq Konq çempionu, 2 dəfə (2006-07, 2009-10) kubokunun qalibi olub.
