23 avqust 2011 19:05
Ramazanov Neftçidəki əsas məqsədini açıqladı
Ağabala Ramazanov "Neftçi"nin əsas heyətində debüt etdi. Azerisport.az xəbər verir ki, gənc futbolçu "Sumqayıt Şəhər" klubu ilə oyunda (4:0) Premyer Liqada ilk oyununu keçirdi.
Ramazanov bununla bağlı təəssüratlarını klubun rəsmi saytına bölüşüb: "Neftçi"də gənc futbolçulara daim diqqət və qayğı var. Buna görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Mənə etimad göstərib, "Neftçi"nin əsas heyətində şans verdiyi üçün baş məşqçi Böyükağa Hacıyevə təşəkkür edirəm. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Məqsədim "Neftçi"nin əsas komandasında uğurla çıxış etməkdi".
