23 avqust 2011 19:38
Vaslui Xəzər Lənkəranı baş məşqçisiz qoymaq istəyir
"Xəzər Lənkəran"ın rumıniyalı baş məşqçisi Mirça Rednik yenidən vətənindən təklif alıb. Azerisport.az xəbər verir ki, o, bu dəfə Rumıniyanın "Vaslui" klubunun maraq dairəsinə düşüb.
Mövsümə uğursuz başlayan "Vaslui" klubunun sahibi Adrian Porumboye baş məşqçi Viorel Hizonu istefaya göndərmək istəyir. Lakin Avropa Liqasının pley-off mərhələsində "Sparta" (Praqa) ilə cavab görüşünü gözləyən Porumboye komandası mübarizəni dayandıracağı təqdirdə baş məşqçi ilə yollarını ayıracaq.
"Vaslui" klubunun baş məşqçi postuna isə iki namizəd var. Bunlardan biri Mirça Rednik, digəri isə Rumıniya futbolunun əfsanəsi Marius Leketuşdu. Lakin Rednik hazırda "Xəzər Lənkəran"ı çalışdırdığı üçün "Vaslui"un baş məşqçi postuna ən real namizəd Leketuşunun olduğu bildirilir.
Qeyd edək ki, Rednik 2005-2006-cı illərdə məhz "Vaslui" klubunu çalışdırıb.
