23 avqust 2011 19:43
Georgi Nikolov: İK bu çərçivələrdən kənara çıxa bilmir
"AFFA-nın İntizam Komitəsinin iclası təqribən saaat yarım davam etdi. Mükakirələr aparıldı, bütün tərəflər mövqelərini açıqladılar, arqumentlərini təqdim etdilər və vəziyyətlə bağlı baxışlarını bildirdilər. İclasın sonunda mən də mövqeyimi açıqladım". Azerisport.az xəbər verir ki, bu sözləri "İnter"in prezidenti Georgi Nikolov deyib.
Klub prezidenti komandanı meydandan çıxarmaqla bağlı qərarını doğru hesab etdiyini bildirib: "Etiraf edim ki, komandanı meydandan çıxarmaq barədə verdiyim qərarı doğru hesab edirəm. Bu xoşagəlməz hadisələrə təkcə onbirmetrlik cərimə zərbəsinin təyin edilməsi səbəb olmadı, belə bir vəziyyətin yaranmasına buraxılmış səhvlər seriyası da rəvac verdi. Təbii ki, İntizam Komitəsi müəyyən edilmiş qərarlar çərçivəsində fəaliyyət göstərir və komitə bu çərçivələrdən kənara çıxa və səlahiyyətlərini aşa bilmir. Odu ki, komitənin qəbul edəcəyi qərar gözlənilirdi. Gözlənilməz heç nə baş vermədi".
Nikolov qərardan apellyasiya şikayəti verib-verməyəcəklərini bilmir: "Mən apellyasiya şikayəti verərdim, lakin hələlik həmin qərar rəsmi şəkildə bizə təqdim edilmədiyindən bunu edə bilmərik. Bu məsələdə hüquqşünaslarla da məsləhətləşmək lazımdı". (klubun rəsmi saytı)
