23 avqust 2011 19:47
Savinovla Borets Finlandiyada oynayacaq
Moldova yığmasının baş məşqçisi Qabi Balint ölkənin əsas komandasının heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, moldovalıların çalışdırıcısı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulara da dəvət göndərib.
Bunlar “Bakı”nın müdafiəçiləri – Aleksey Savinovla Vadim Boretsdi. Hər iki futbolçu qarşıdakı günlərdə ölkəsinə yola düşməlidi.
Qeyd edək ki, Moldova yığması sentyabrın 2-də AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaqlar. Savinovla Boretsin komandası səfərdə Finlandiyanın qonağı olacaq.
