24 avqust 2011 00:01
Millimizin rəqibindən sürpriz heyət
Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki rəqibi Avstriyanın Almaniya və Türkiyə ilə oyunları üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, millimizin rəqibinin baş məşqçisi Didi Konstantini sentyabrın 2-də və 6-da keçiriləcək oyunlara 22 futbolçu dəvət edib.
Futbolçu seçimi daim ciddi müzakirələrə səbəb olan Konstantini bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, o, Marko Arnautoviç, Roland Lins və Andreas İvanşiç kim Avstriya futbolunun aparıcı simalarını yığmadan kənarda qoyub.
Lakin baş məşqçinin həftənin sonuna qədər daha 2 futbolçunu heyətə daxil etməsi gözlənilir.
Qapıçılar: Kristian Qatsey (Sturm Graz), Paskal Qrünvald (Austria), Helge Payer (Rapid);
Müdafiəçilər: Kristofer Dibon (Admira), Aleksandar Draqoviç (Basel), Kristian Fuxs (Schalke), Manuel Ortlexner (Austria), Emanuel Poqatets (Hannover), Tomas Şrammel (Rapid), Ekrem Dağ (Beşiktaş), Florian Kleyn (Austria);
Yarımmüdafiəçilər: David Alaba (Bayern), Yulian Baumqartlinger (Mainz), Paul Şarner (West Bromwich), Yakob Jantsçer (Salzburg), Zlatko Yunusovic (Austria), Stefan Kulovits (Rapid), Daniel Royer (Ried), Manuel Ueber (Sturm Graz);
Hücumçular: Martin Harnik (Stuttgart), Ervin Hoffer (Eintracht), Mark Yanko (Twente).
