25 avqust 2011 01:35

ÇL-in pley-off mərhələsinə yekun vuruldu (YENILƏNİB)

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda 20 komanda mübarizə aparırdı.
 
Təəssüf ki, onların arasında Azərbaycan komandası yox idi. Çünki bu turnirdəki təmsilçimiz “Neftçi” çıxışını elə ilk cəhddə dayandırmalı olmuşdu. Elə Türkiyənin “Trabzonspor” klubu da mübarizəni erkən dayandırdığından bu mərhələdə qardaş ölkə klublarından da hansınasa azarkeşlik edə bilmirdik.
 
Lakin “Neftçi”ni mübarizədən kənarlaşdıran Zaqreb “Dinamo”su uğurlu çıxışını davam etdirib. Xorvatiya çempionu ÇL-in qrup mərhələsinə düşmək üçün İsveç “Malmö”sünü yolundan kənarlaşdırmalıydı ki, bunu bacarıb. İlk oyunda bu yolda böyük bir addım atan xorvatlar cavab görüşündə daha bir qol buraxsaydı, mübarizəni dayandıra bilərdilər. Lakin onlar bundan artığına imkan verməyiblər və ÇL-in qrup mərhələsində mübarizə aparmaq hüququna yiyələniblər.
 
"Dinamo" ilə yanaşı "Bayern" və "Villareal" da sürprizə imkan verməyib. Almanlar səfər matçında da "Zürich"i məğlub ediblər. İspanlar isə ilk oyunda qələbə qazanmış danimarkalılara evdə divan tutublar.
 
Kipr APOEL-i də böyük əzmkarlıq göstərib. Bu komanda da səfərdə uduzmasına rəğmən, doğma divarlar arasında həmin yenilginin əvəzini artıqlamasıyla çıxa bilib. "Genk" - "Maccabi" cütünün qalibini isə nəinki əsas, heç əlavə vaxtda da müəyyənləşdirmək mümkün olmayıb. Penaltilər seriyasında isə gülən tərəf isə elə meydan sahibləri olub.
 
Son oyun günündə isə öncə "Rubin" doğma meydanda Lion "Olympique"inə yenilginin əvəzini çıxa bilməyib. Ardından "Udinese" də "Arsenal"la ev matçında ümidləri doğrultmayıb. Cavab oyununu evdə keçirməsinə rəğmən növbəti mərhələyə adlamaq şansından yararlana bilməyən digər komanda isə "Sturm" olub. "Benfica" və "Viktoria" isə sensasiyaya imkan verməyib və ÇL-in qrup mərhələsinə çıxıb.
 
Keçirilən bütün oyunların siyahısı ilə aşağıda tanış ola bilərsiz. Qeyd edək ki, adları qara hərflərlə işarələnmiş klublar ÇL-in qrup mərhələsinə vəsiqə qazananlardı. Məğlub klublar isə birbaşa Avropa Liqasının qrup mərhələsinə yollanacaqlar.
 
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunları
23 avqust
 
APOEL (Kipr) - Wisla (Polşa) - 3:1 (1:0) (ilk oyun - 0:1)
Qollar: Pareyko, 29-öz qapısına, Aylton, 54, Tripkovski, 88 - Vilk, 72.
 
Genk (Belçika) - Maccabi (Hayfa, İsrail) - 2:1 (penaltilərlə 4:1) (1:2)
Qollar: Vossen, 36, Buffel, 41 - Qolasa, 37.
 
Malmö (İsveç) - Dinamo (Xorvatiya) - 2:0 (0:0) (1:4)
Qollar: Fiqueyredo, 69, Yansson, 86.
 
Villarreal (İspaniya) - Odense (Danimarka) - 3:0 (0:0) (0:1)
Qollar: Rossi, 50; 67, Marçena, 82.
 
Zürich (İsveçrə) - Bayern (Almaniya) - 0:1 (0:1) (0:2)
Qol: Qomes, 7.
 
22 avqust

Rubin (Rusiya) - Olympique (Lion, Fransa) - 1:1 (0:0) (1:3)
Qollar: Natço, 75 - Kone, 87.
 
Viktoria (Çexiya) - Copenhagen (Danimarka) - 2:1 (0:1) (3:1)
Qollar: Bakoş, 68, Duris, 90+3 - Bolanos, 32.
 
Sturm (Avstriya) - BATE (Belarus) - 0:2 (0:1) (1:1)
Qollar: Volodko, 36, Simiç, 70.
 
Benfica (Portuqaliya) - Twente (Hollandiya) - 3:1 (1:0) (2:2)
Qollar: Vitsel, 47: 66, Luizao, 60 - Ruis, 85.
 
Udinese (İtaliya) - Arsenal (İngiltərə) - 1:2 (1:0) (0:1)
Qollar: Di Natale, 39 - Van Persi, 55, Uolkot, 69.
Matçın 59-cu dəqiqəsində "Napoli"nin hücumçusu Di Natale penaltidən yararlana bilməyib

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.