23 avqust 2011 11:42

Zeynal Məmmədov: İstənilən halda günahkar futbolçulardı

"Bakı”nın baş meneceri Zeynal Məmmədov azerisport.az saytına müsahibəsində Premyer Liqanın üçüncü turunun “İnter”lə oyununda baş verən olaylara münasibətini açıqlayıb.

- Matçın belə sonluqla başa çatacağını gözləyirdiz?
- Məncə, bunu heç kəs gözləmirdi. Çünki matçın gedişi də hadisələrin bu cür sonluğundan qətiyyən xəbər vermirdi. Hesab edirəm ki, bütün bunlar qətiyyən düzgün deyil. Ən azı ona görə ki, o penaltinin reallaşacağına heç kim zəmanət verə bilməzdi. Hansı ki, komandamız artıq həmin ana kimi bu mövsüm ardıcıl iki penaltini dəyərləndirə bilməmişdi.
 
- Sizcə, penalti var idi?
- Bəli, Lomaya bizim oyunçuya zərbə endirmişdi. O, artıq topu tutmuşdu və bizim oyunçuya qarşı kobudluq etdi.
 
- “İnter” rəhbərliyinin futbolçuları meydandan çıxarmasını necə qarşıladınız?
- Bu, onların qərarıdı. Amma məncə, matç başa çatdırılmalıydı. Biz də ötən mövsüm “Neftçi” ilə oyunda Jabaya qarşı kobudluğa görə verilməyən penaltinin qarşılığında meydanı tərk edə bilərdik. Amma bunu etmədik. Əgər qələbə qazana bilmirsənsə, istənilən halda günahkar sənin futbolçularındı. Mənə həmçinin o epizod da xoş olmadı ki, LOmaya Novruzova zərbə vurdu. Bəs onun laysmana göstərdiyi jestdən sonra nə danışasan? Bizimkilər Gürcüstanda elə şey edə bilər? Əlbəttə, yox.

- Oyunçular arasında dalaşma olub?
- Xeyr, kiçik münaqişələr olub. Biz dərhal öz oyunçularımıza xəbərdarlıq etdik ki, təxribata getməsinlər.
 
- AFFA İntizam Komitəsindən hansı qərarı gözləyirsiz?
- Ancaq ədalətli bir qərar.
 
- Komandanızın oyunundan razı qaldınız?
- Əvvəlki “Qəbələ” və “Simurq”la oyunlarla müqayisədə bu dəfə daha yaxşı oyun sərgilədik. Şəxsən mən futbolçularımızda qələbə istəyini görürdüm. Əlbəttə, hələ sərgilədiyimiz futbol idealdan uzaqdı. Amma turdan-tura daha yaxşı oynamağa çalışırıq. Anlaşma səviyyəsi düzəlir. Son 15 dəqiqədə biz “İnter”i tamamilə üstələmişdik.

- Penaltilərlə bağlı problemi necə izah edərdiz?
- Heç bilmirəm, nə etmək lazımdı. İvanov vura bilməyəndən sonra ümidlər Soliçə idi. Amma o da vura bilmədi. Buna görə də digər penalti zamanı Novruzov topa yaxınlaşdı. Fikrimcə, o vuracaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.