23 avqust 2011 11:55
Xəzər Lənkəran tarixində ikinci dəfə!
2011/12 mövsümünün startı "Xəzər Lənkəran" üçün uğurlu alınıb. Azerisport.az xəbər verir ki, ilk 3 turda 3 qələbə qazanan futbolçular tarixində 2-ci dəfə ilk 3 turu 9 xalla tamamlayıb.
İlk belə hal 2007/08-də qeydə alınmışdı. Düzdü, 2006/07 mövsümündə də 3 oyundan sonra "Xəzər Lənkəran" 9 xala malik idi. Lakin həmin vaxt komanda ilk turu buraxmış və 3-cü oyununu 4-cü turda keçirmişdi.
4 il əvvəl isə elə indi olduğu kimi ilk 3 turda 9 xal və top fərqində +6 əldə olunmuşdu. Həmin vaxt müdafiənin etibarlılığı diqqət çəkirdisə, bu dəfə hücum xətti rekorda imza atıb. Komanda heç vaxt startdakı 3 matçda bu qədər - 8 qol vurmamışdı.
“Xəzər Lənkəran” Premyer Liqanın ilk 3 oyununda
2004/05 - 3 1 1 1 3-4 4
2005/06 - 3 1 0 2 2-2 3
2006/07 - 3 3 0 0 4-1 9
2007/08 - 3 3 0 0 6-0 9
2008/09 - 3 2 0 1 5-3 6
2009/10 - 3 1 2 0 3-2 5
2010/11 - 3 2 1 0 3-0 7
2011/12 – 3 3 0 0 8-2 9
