24 avqust 2011 13:12

Azərbaycan FİFA reytinqində yenə gerilədi

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi sözügedən siyahıda geriləyib.
 
Belə ki, Berti Foqtsun komandası 1 pillə geriləyərək 112-ci sıraya düşüb. Hazırda komandamızın hesabında 272 reytinq xalı var. Ötən ayla müqayisədə millimizin hesabından 10 reytinq xalı silinib.
 
Millimizin AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərinə gəlincə, Almaniya 1330 xalla 3-cü pillədəki yerini qoruyub. Türkiyə də 811 xalla əvvəlki mövqeyində - 24-cü yerdə qalıb. 675 xala malik Belçika yığması da toxunulmazdı – 37-ci pillə. Avstriya yığması isə millimiz kimi geriləmək məcburiyyətində qalıb. 2 pillə geriləyən avstriyalılar 472 xalla 68-cidilər. 227 xala malik Qazaxıstan da 126-cı pillədəki mövqeyini qoruyub.
 
DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizin də mövqeyinə diqqət yetirək. Portuqaliya 1 pillə geriləsə də, 1060 xalla 8-ci yerdə gedir. 940 xala malik Rusiya isə 5 pillə irəliləyib və 13-cüdü. İsrail əvvəlki ayda olduğu kimi 746 xalla 32-cidi. Şimali İrlandiya 3 pillə irəliləyişə nail olub və hazırda 545 xalla 59-cudu. Lüksemburq isə 211 xalla 128-ci pillədəki mövqeyini qoruyub.
 
Bütövlükdə isə reytinq siyahısına Hollandiya yığması rəhbərlik edir - 1596 xal. Son dünya və Avropa çempionu İspaniya isə geriləyərək 2-ci pilləyə düşüb - 1563 xal. Almaniya üçüncüdü - 1330 xal. 2 pillə irəliləyən İngiltərə 4-cü yerə çıxıb - 1177 xal. Uruqvay 1174 xalla 5-ci pillədəki mövqeyini qoruyub. 2 pillə geriləyən Braziliya isə 6-cıdı - 1156 xal. 1 pillə irəliəyən İtaliya 1110 xalla 7-cidi. Portuqaliya 1060 xalla 8-cidi. 1117 xala malik Argentina 1 pillə irəliləyib və hazırda 9-cudu. İlk onluğu 1 pillə geriləyən Xorvatiya qapayır - 1009 xal.
 
Növbəti reytinq cədvəli sentyabrın 21-də açıqlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.